Çində tarixdə ilk dəfə ikiayaqlı insana bənzəyən robotlar insanların da iştirak etdiyi rəsmi yarım marafonda yarışıb. Texnologiyanın sürətli inkişafına baxmayaraq, robotlar hələlik insanlardan geri qalıb.
Yarış Pekinin cənub-şərqində yerləşən Yizhuang texnologiya bölgəsində keçirilib və 21 kilometrlik marşrutda robotlar 12 min insanla yanaşı qaçıblar. Yarışı 1,8 metr hündürlüyündə “Tiangong Ultra” adlı robot 2 saat 40 dəqiqəyə bitirib və bu nəticə insanların dünya rekordundan xeyli uzaqdır.
Çinli mütəxəssislər “Tiangong Ultra”nın Qərb robotlarından üstün olduğunu bildiriblər və bu uğuru ölkənin texnoloji yarışda ABŞ-yə yaxınlaşmaq səyi kimi qiymətləndiriblər. Lakin yarışı izləyənlər göstəriblər ki, hələlik dözümlülük və sürət baxımından insan robotu geridə qoyur.
Mənbə:TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
