23 oktyabr 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunmuş konsert baş tutub. Tədbir Bakı Müasir Musiqi Cəmiyyəti və Cadenza orkestri tərəfindən təşkil olunub.

Konsertdə bəstəkarın müxtəlif illərdə qələmə aldığı “Pianto”, “Monoloq”, “Ohne” və “Memory” adlı əsərləri səsləndirilib. Solistlər — Aynur Əhədova (violin), Humay Qasımzadə (piano) və Fəridə Məmmədova (soprano) çıxış ediblər.
Qeyd edək ki, orkestrin dirijoru Samir Əsədov, bədii rəhbər Türkər Qasımzadədir.
Yubiley konserti tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Hazırladı: Ayshannajakh
