UEFA Çempionlar Liqasında “Bodo/Glimt”lə oyun öncəsi “Qalatasaray” azarkeşlərinin nümayiş etdirdiyi nəhəng Fələstin bayrağı və “Soyqırımı dayandırın” sözləri ilə hazırlanan xoreoqrafiya İsrail mediasında narazılıq yaradıb.
İsrail mətbuatı bu görüntüləri “siyasi təbliğat” kimi qiymətləndirərək UEFA-ya şikayət göndərib. “Hayom” qəzeti xoreoqrafiyanın fotosunu ABŞ-da yerləşən bir şirkətin sosial media hesabında paylaşaraq hadisənin “idmandan kənar mesaj” daşıdığını bildirib.
Hadisə Qəzzada davam edən vəziyyət fonunda beynəlxalq ictimaiyyətin diqqətini çəkib və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
