Bu gün:

Əziz Yıldırım Fənərbaxçədə şəffaflıq çağırışı edib


Fənərbaxçənin sabiq prezidenti Əziz Yıldırım sabah keçiriləcək Fövqəladə Ümumi Yığıncaq ərəfəsində yazılı açıqlama yayıb. “Mən müfəttiş deyiləm, Fənərbaxçənin bir əsgəriyəm” ifadəsini işlədən Yıldırım şəffaflığın vacibliyini vurğulayıb.

Yıldırım açıqlamasında bildirib ki, 21 sentyabr 2025-ci ildə keçirilən fövqəladə ümumi yığıncaq öncəsi idarə heyətinə sərhədləri bəlli olmayan “torba səlahiyyəti” verilməsinə qarşı çıxıb. Onun sözlərinə görə, klubun maliyyə vəziyyəti tam şəkildə açıqlanmalı, hər bir səlahiyyət isə layihə və kateqoriyalar üzrə ayrıca təqdim edilməlidir.

Sabiq prezident qeyd edib ki, həmin yığıncaqda üzvlərin əksəriyyəti də eyni səbəbdən “torba” şəkildə istənilən səlahiyyəti rədd edib. O, 18 sentyabrda keçirilən Ali Divan Qurulu iclasında da eyni mövqeni müdafiə edərək digər klubların bu cür səlahiyyət yığıncaqlarına dair təcrübələrini Fənərbaxçənin idarə heyəti ilə bölüşdüyünü xatırladıb.

Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et