Bu gün:

Davamlılıq və yaradıcılıq simvolu Lyublyana Moda Həftəsi keçirilib


Sloveniya paytaxtında bu ay keçirilən və 4 gün davam edən Lyublyana Moda Həftəsi (LJFW), 60 dizaynerin iştirakı ilə 40-dan çox nümayiş və sərgini bir araya gətirərək yaradıcılıq baxımından həyəcanverici və iddialı bir tədbir kimi yadda qalıb.

Alta modadan (yüksək moda) küçə dəbinə qədər uzanan bu illik tədbir, həm tanınmış, həm də yeni yüksələn dizaynerlər üçün yaradıcılıqlarını nümayiş etdirmək imkanı yaradıb. LJFW-nin icraçı prodüseri Melinda Rebrek bildirib ki, məqsəd Sloveniya dizaynerlərinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınmasıdır. Onun sözlərinə görə, qonşu ölkələrlə əməkdaşlıq qurmaq və yeni istedadlara öz ideyalarını ifadə etmək üçün platforma təqdim etmək böyük əhəmiyyət daşıyır.

Təxminən 75 faiz yaşıllıq əraziyə sahib olan və tam piyada mərkəzi ilə seçilən Lyublyana, yaşıl enerji və elektrik nəqliyyatı sahəsində gördüyü işlərə görə davamlılıq üzrə bir çox beynəlxalq mükafatlar qazanıb. Bu səbəbdən Lyublyana Moda Həftəsinin dünyanın ən davamlı moda tədbirlərindən biri hesab olunması təsadüfi deyil, istər təşkilati strukturu, istər iştirakçı dizaynerləri, istərsə də elektrik avtomobil sponsoru Vinfast ilə əməkdaşlığı baxımından.

Mənbə: forbes.com

Tərcümə etdi: Şehrin Musayeva


Paylaş
Şərh əlavə et