Bu gün:

"Real Madrid" "El Clásico" üçün hazırlıqlara başlayıb


"Juventus"a qarşı Çempionlar Liqasında qazanılan qələbədən sonra komandamız bu səhər “Real Madrid City”də məşqlərə qayıdıb və La Liqanın 10-cu turunda "El Clásico" çərçivəsində "Bernabeu"da keçiriləcək oyun üçün hazırlıqlara başlayıb.Futbolçular əvvəlcə idman zalında işləyib, sonra meydançaya keçərək isinmə hərəkətləri yerinə yetiriblər. Daha sonra “rondo” məşqləri ilə bölünüb və taktiki məşq keçiriblər. Məşq 10-a qarşı 10 formatında keçirilən müxtəlif oyunlarla yekunlaşıb.

Carvajal, Trent, Huijsen və Ceballos komanda ilə tam şəkildə məşq ediblər. Alaba və Rüdiger isə zalda fərdi məşqlərlə kifayətləniblər.

Mənbə: Real Madrid TV

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş