Bu gün:

Kasımpaşa matçına hazırlıqlar başlayıb


“Beşiktaş”ın əsas komandası Trendyol Super Liqasının onuncu turunda səfərdə “Kasımpaşa” ilə keçirəcəyi oyunun hazırlıqlarına bir günlük fasilədən sonra bu səhər BJK Nevzat Demir bazasında keçirdiyi məşqlə başlayıb.

Mətbuata qapalı şəkildə keçirilən məşq təxminən 1 saat 20 dəqiqə davam edib.

Baş məşqçi Sərgən Yalçının rəhbərliyi altında baş tutan məşq fiziki və taktiki hazırlıq üzərində qurulub. “Tümosan Konyaspor”la oyunda forma geyinən futbolçular bərpa (rejenarasiya) məşqləri ilə kifayətləniblər. Digər futbolçular isə isinmə qaçışları, ötürmə və taktiki elementlər üzərində çalışıblar. Məşq dar sahədə keçirilən ikitərəfli oyun və yekunlaşdırma (bitiricilik) məşqləri ilə tamamlanıb.

Mənbə: Beşiktaş TV

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş
Şərh əlavə et