Bu gün:

Tramp: Kanada ilə ticarət danışıqları “anti-tarif reklamına görə” dayandırılıb


ABŞ prezidenti Donald Tramp Kanadaya qarşı tətbiq etdiyi tarifləri tənqid edən bir reklam səbəbilə bu ölkə ilə bütün ticarət danışıqlarının dərhal dayandırıldığını elan edib.

Ontario əyalətinin hökuməti tərəfindən maliyyələşdirilən reklamda Trampın sələfi Ronald Reyqandan sitat gətirilir. ABŞ konservatizminin simvolu olan Reyqan tariflərin “hər bir amerikalıya zərər verdiyini” deyib.

Tramp sosial mediada yazıb ki, bu reklam “saxta” və “iyrəncdir” və ticarət danışıqlarının “Buradan etibarən dayandırıldığını” bəyan edib.

Onun administrasiyası Kanadadan gətirilən bir çox məhsula 35% gömrük rüsumu tətbiq edib. Bundan əlavə, avtomobil və polad istehsalı kimi sahələrə xüsusi tariflər qoyulub. Ontario əyaləti bu tədbirlərdən xüsusilə ağır zərbə alıb.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et