Bu gün:

Rusiya təyyarələri Litvanın hava məkanına daxil olub


Litva Müdafiə Nazirliyi Rusiyaya aid iki döyüş təyyarəsinin ölkənin hava məkanını 18 saniyə ərzində pozduğunu bildirib. Pozuntuya cavab olaraq, İspaniyaya aid iki döyüş təyyarəsi NATO missiyası çərçivəsində havaya qalxıb.Litva Müdafiə Nazirliyi iki Rusiya döyüş təyyarəsinin ölkənin hava məkanını 18 saniyə pozduğunu, bunun ardınca iki İspaniya Eurofighter təyyarəsinin NATO Hava Polisinin bir hissəsi olaraq patrul missiyası yerinə yetirdiyini açıqlayıb.

Polşa, Rumıniya və Estoniyanın hava məkanını Rusiyanın pilotsuz uçan aparatlarının (PUA) pozmasından sonra gərginliyin artdığı Avropanın şərq cinahında yenidən vəziyyət gərginləşib. Litva Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, yerli vaxtla saat 18:00 radələrində iki Rusiya döyüş təyyarəsi Litvanın cənub-qərbindəki Kibartay şəhəri yaxınlığında ölkənin hava məkanına daxil olub.

Açıqlamada ölkənin hava məkanını pozan Rusiya təyyarələrindən birinin SU-30, digərinin isə İL-78 yanacaq dolduran təyyarə olduğu göstərilib. Bildirilib ki, onlar Litva və Polşa arasında Baltik dənizi sahilində yerləşən və quru yolu ilə əlaqəsi olmayan Rusiya ərazisi olan Kalininqrad üzərində yanacaq doldurma təlimi keçiriblər.

Rusiya təyyarəsi ölkə ərazisinə 700 metr daxil olduqdan və 18 saniyə ərzində pozuntunu davam etdirdikdən sonra Litva Hərbi Hava Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. NATO-nun hava polisi missiyası çərçivəsində İspaniya Hərbi Hava Qüvvələrinə məxsus iki Eurofighter Typhoon qırıcı təyyarəsi havaya qalxaraq pozulmuş ərazini yoxlanış etməyə başlayıb.


Mənbə: HaberTürk

Tərcümə etdi: Aygül Alıyeva

https://www.haberturk.com/rus-ucaklari-litvanya-hava-sahasina-girdi-3832333?utm_source=whatsapp&utm_medium=articleshare&utm_campaign=website

Paylaş
Şərh əlavə et