Heyvanlar aləmində çoxlu parlaq və rəngarəng canlılar var, lakin ən heyrətamizlərindən biri flaminqodur. Onun ən unikal xüsusiyyəti — valehedici zərif çəhrayı rəngidir. Bəs niyə bu quşlar belə çəhrayıdır?

Flaminqolar uzun ayaqları, uzun boyuyla və təkrarsız rəngi ilə seçilən quşlardır. Onların lələklərindəki çəhrayı çalarlar insanı heyran edir və suallar doğurur. Sirr isə onların qidalanmasındadır.
Göl və ya dəniz sahilində sıxlaşmış flaminqolar elə görünür ki, hamısı nəhəng bir fırça ilə çəhrayıya boyanıb. Amma əslində, lələkləri əvvəlcə ağdır. Zaman keçdikcə rəngləri dəyişir.
Flaminqolar əsasən karides, molyusk və su bitkiləri ilə qidalanır. Bu qidaların içində xüsusi piqmentlər, xüsusilə karotinoidlər, onların lələklərinə çəhrayı rəng verir. Nə qədər çox karotinoid qəbul etsələr, lələkləri bir o qədər parlaq və doymuş çəhrayı olur.
Beləliklə, flaminqoların rəngi birbaşa onların qidasından asılıdır — karotinoidlərlə zəngin qida lələkləri parlaq edir.
Mənbə: techinsider.ru
Tərcümə etdi: Aysel Mehtizadə
