Bu gün:

“Barselona” El Clasico öncəsi son hazırlıqlarını davam etdirir


“Barselona” futbolçuları bazar günü saat 19:15-də “Santiago Bernabéu” stadionunda keçiriləcək “Real Madrid” - “Barselona” oyununa hazırlıqları davam etdirir. Komanda bu cümə axşamı “Ciutat Esportiva”nın Tito Vilanova meydanında məşqə çıxıb.

Məşqdə bütün əsas heyət üzvləri və adətən onlara qoşulan “Barça Atlètic” oyunçuları iştirak ediblər. Raphinha və Ferran Torres yenidən komanda ilə birgə çalışıblar.

Bununla belə, Andreas Kristensen məşqi növbəti dəfə buraxıb, Frenkie de Jong isə xəstəlik səbəbindən komanda ilə olmayıb.

Mənbə: Barcelona TV

Tərcümə etdi: Nazim Xeyrxəbərli 

Paylaş
Şərh əlavə et