"Gözləyirdik. Vaxt gəldi". Tramp Macarıstanda Putinlə görüşünü ləğv edib, ABŞ "Rosneft" və "Lukoyl" a sanksiyalar tədbiq edib.

ABŞ prezidenti Donald Trampın ötən həftə özünün elan etdiyi Rusiya prezidenti Vladimir Putininlə görüşü ləğv edib. O, bunu ABŞ Maliyyə Nazirliyinin Rusiyanın ən böyük ən böyük neft şirkətləri olan "Rosneft" və "Lukoyl" a qarşı sanksiyaları elan etməsi ilə demək olar ki, eyni vaxta bəyan edib. Buna səbəb ABŞ-nin hesab etdiyi kimi, Moskvanln Ukraynada atəşkəslə bağlı həqiqi öhtəliyinin olmasıdır.
Vaşinqton vaxtı ilə çərşənbə günü günortadan sonra Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransı zamanı Tramp deyib: "Prezident Vladimir Putininlə görüşü ləğv etdik. Bunun düzgün olacağını, lazım olana nail ola bilməyəcəyimizi düşünmürdüm, ona görə də onu ləğv etdim".
Tramp Putinlə növbəti görüşünü "gələcəkdə" baş tutacağını təklif edib, lakin vaxt çərçivəsini dəqiqləşdirməyib.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
