Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi müasir sənaye sistemi qurmaq və texnoloji müstəqilliyi artırmaq planını açıqlayıb. Məqsəd ABŞ ilə artan rəqabət şəraitində ölkənin mövqeyini gücləndirməkdir.
Sinxua agentliyinə görə, plenumun yekun sənədində 2026–2030-cu illər üçün əsas istiqamətlər müəyyənləşdirilib: daxili tələbatın artırılması, sosial rifahın yaxşılaşdırılması və qabaqcıl istehsalın inkişafı.
Eyni zamanda, 11 üzvün dəyişdirildiyi bildirilib. General Zhang Şenqmin korrupsiya ittihamı ilə vəzifədən uzaqlaşdırılan He Weidong-un yerinə Mərkəzi Hərbi Komissiyanın sədr müavini təyin olunub.
Prezident Si Cinpinin 2012-ci ildən başladığı antikorrupsiya kampaniyası nəticəsində ordu və partiyada yüksək səviyyəli təmizlənmələr davam edir.
Mənbə: Reuters
Tərcümə etdi: Aylin Bayraməliyeva
