Bu gün:

İlanlar necə eşidir?


İlanlar qeyri-adi heyvanlardır: onların ayaqları yoxdur, dillərini çırpırlar və ovlarını bütöv uda bilirlər. Bəs ilanlar eşidirmi? Onlarda insan və ya itlərdəki kimi adi qulaq yoxdur, amma onlar yer vasitəsilə titrəyişləri hiss edə və yaxınlıqda baş verən hərəkətləri «eşidə» bilirlər.

İlanların bir çox digər sürünən heyvanlar kimi xarici qulaqları yoxdur. Məsələn, itlər və pişiklər səsi eşitmək üçün qulaqlarını tərpədə bilirlər. İlanlarda isə belə qulaq yoxdur, amma onlar yenə də eşidə bilirlər.

Alimlər müəyyən ediblər ki, ilanlarda xarici və orta qulaq yoxdur, amma başlarında xüsusi bir sümük var. Bu sümük daxili qulaqla alt çənəni birləşdirir. Buna görə ilanlar yer vasitəsilə gələn titrəyişləri hiss edə bilirlər (məsələn, bir yırtıcının yeriməsini).

İlanlar havada yayılan səsləri zəif eşidirlər, amma yer titrəyişlərini yaxşı hiss edirlər. Buna görə də onlar yalnız alçaq səsləri eşidə bilirlər, yüksək səsləri isə demək olar ki, eşitmirlər.

Məsələn, kral pitonları 80–160 hers arasındakı səsləri daha yaxşı eşidirlər. Müqayisə üçün, insan 20–20 000 hers aralığında səsləri eşidir.

Amma bu, ilanlar üçün problem deyil. Onlar bir-biriləri ilə səs vasitəsilə danışmırlar. Onların çıxardığı fısıltı və ya gurultu səsləri düşmənləri — quşları və məməliləri qorxutmaq üçün nəzərdə tutulub.

Mənbə: techinsider.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et