Seulda “World Webtoon Awards 2025” qalibləri açıqlanıb

Bu gün Cənubi Koreyanın paytaxtı Seulda “World Webtoon Awards 2025” mükafatlandırma mərasimi keçirilib. Tədbir Korea Creative Content Agency (KOCCA) və Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyi tərəfindən təşkil olunub.
Əsas mükafatı “Mirae’s Antique Shop” adlı webtoon qazanıb. Oxucuların seçimi mükafatını isə “Debut or Die” seriyası qazanıb.
Mərasimin məqsədi rəqəmsal komiks sənayesini inkişaf etdirmək və Koreya mədəniyyətini bütün dünyaya tanıtmaqdır.
Mənbə: https://koreajoongangdaily.joins.com/
Tərcümə etdi: Zəhra Məlikova
