Bu gün:

Qabriel Paulista: “Sevincliyik”


“Beşiktaş” futbolçusu Qabriel Paulista “Tümosan Konyaspor” üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

“Səfərdə qalib gəlmək çox vacibdir, xüsusilə də qapımızda qol görməmək. Son oyunlarda çox qol buraxmışdıq, bu dəfə yaxşı müdafiə etdik. Komandanı təbrik edirəm, sevincliyik. Növbəti matçda da qələbə istəyirik. Rəqib kim olur-olsun, hər zaman ən yaxşı oyunumuzu göstərməliyik. Futbol kollektiv oyundur - komanda qalib gələndə hamı qazanır, uduzanda da hamı uduzur. Buna görə də bir oyunçunu günahlandırmaq düzgün deyil”.

Mənbə: Beşiktaş TV

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş
Şərh əlavə et