Bu gün:

Tramp Putinlə danışıqlar planı təxirə salındıqdan sonra “vaxt itkisi olacaq görüş” istəməyib


Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna müharibəsi ilə bağlı üz-üzə görüş planı təxirə salındıqdan sonra “vaxt itkisi olacaq görüş” keçirmək istəməyib.

ABŞ prezidenti bildirib ki, əsas problemlərdən biri Moskvanın mövcud cəbhə xətti boyunca döyüşləri dayandırmaqdan imtina etməsidir. O, bu barədə çərşənbə axşamı Ağ Evdə çıxışı zamanı qeyd edib.

Bundan əvvəl Ağ Ev rəsmisi yaxın zamanda Tramp-Putin görüşü ilə bağlı “heç bir planın” olmadığını bildirib. Halbuki Tramp cümə axşamı deyib ki, iki lider iki həftə ərzində Budapeştdə danışıqlar aparacaq.

Bu həftə ABŞ və Rusiya arasında sülh təklifləri ilə bağlı əsas fikir ayrılıqları daha da aydınlaşıb və bu da zirvə görüşü ehtimalını demək olar ki, aradan qaldırıb.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et