UEFA Çempionlar Liqasının 3-cü həftəsində bu axşam “Real Madrid” öz meydanında “Yuventus”u qəbul edəcək. Görüşdə diqqət mərkəzində olan əsas futbolçulardan biri isə gənc türk ulduz Arda Gülər olacaq.
İspan mətbuatına görə, İngiltərə Premyer Liqasının nəhəngi “Arsenal” Ardanı yaxından izləmək niyyətindədir. Klubun skaut heyəti bu axşam “Santiaqo Bernabeu” stadionunda olacaq və Ardanın performansını canlı izləyəcək. “Arsenal”ın yanvar və ya yay transfer pəncərəsində 20 yaşlı yarımmüdafiəçi üçün rəsmi addım ata biləcəyi qeyd olunur.
Bu mövsüm “Real Madrid”in heyətində 11 oyuna çıxan Arda 3 qol və 5 məhsuldar ötürmə ilə 8 qola birbaşa təsir edib. Gənc yaşına baxmayaraq, texnikası və oyun zəkası ilə Avropanın ən çox izlənən istedadlarından birinə çevrilib.
https://www.haberler.com/spor/ingiliz-devi-arda-guler-i-izlemeye-geliyor-19175012-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
