"Arsenal" çempionlar liqasında ardıcıl üçüncü qələbəsini əldə edərək, "Emirates" stadionunda "Atletico Madrid"i ikinci hissədə vurduğu zərbələrlə 4:0 hesabı ilə məğlub edib.
Oyunun ilk hissəsində komandalar arasında bərabər mübarizə getsə də, ikinci hissədə Gabriel, Gabriel Martinelli və Viktor Gyokeresin dublu "Arsenal"ın qələbəsini təmin edib. Julian Alvarezin dirəyə dəyən zərbəsindən sonra, 57-ci dəqiqədə Gabriel Declan Rice-ın cərimə zərbəsindən sonra başla qol vuraraq hesabı açıb. Martinelli 7 dəqiqə sonra komanda hücumunu tamamlayıb, ardınca Gyokeres birinci qolunu rəqibə dəyib tora düşən zərbə ilə vurub və klubda, həm də milli komandada 9 oyunluq qolsuzluğa son qoyub.
O, ikinci qolunu da künc zərbəsindən sonra rəqib müdafiəsinin səhvindən yararlanaraq vurub.
Bu qələbə ilə "Arsenal"ın bütün turnirlərdə məğlubiyyətsiz seriyası doqquz oyuna çatıb və onlar qrup mərhələsində 9 xalla pley-offa çıxmağa yaxınlaşıblar. "Atletico" isə cəmi 3 xalla bu ağır məğlubiyyətdən sonra toparlanmağa çalışacaq.
"Bu səviyyədə, Çempionlar Liqasında daha yaxşı oynamaq lazımdır və biz bunu bütün aspektlərdə etdik", – deyə "Arsenal"ın baş məşqçisi Mikel Arteta bildirib. "Atletico"-nun baş məşqçisi Diego Simeone isə komandasının fərdi səhvlərindən ciddi cəzalandığını bildirib: "Bu, bəxtsizlik deyil, səhvlərdir. Onlar səhvlərimizdən maksimum yararlanıblar və bütün şansları qola çeviriblər".
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
