Bu gün:

“Nottingham Forest” Ance Postekoglu ilə yollarını ayırıb


“Nottingham Forest” klubunun baş məşqçisi Ance Postekoglu “Çelsi”yə qarşı 0:3 hesablı ev məğlubiyyətindən sonra vəzifəsindən azad edilib. Avstraliyalı mütəxəssis klubun sükanı arxasında cəmi 39 gün çalışıb.

“Forest”in yetirməsi olan və futbolçu karyerasına 1980-ci illərin sonlarında “Siti Qraund”da başlayan Şon Dayç komandaya yeni baş məşqçi kimi təyin olunub. 54 yaşlı mütəxəssis 2027-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Dayç, Postekoglunun vəzifəsindən uzaqlaşdırılmasından cəmi 20 dəqiqə sonra rəsmi şəkildə komandanın başına gətirilib.

Mənbə: Sky Sports

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et