Fransada oktyabrın 19-da tarixi daş-qaşların oğurlandığı dünyaca məşhur Luvr muzeyinə dəyən maddi ziyanın 88 milyon avro ola biləcəyi açıqlanıb.
Pvaris prokuroru Laure Beccuau RTL kanalında çıxış etdiyi proqramda dörd oğrunun 8 tarixi əsəri oğurlamağı bacardığı soyğunçuluğu qiymətləndirib.
Prokuror Beccuau muzey kuratorunun oğrular tərəfindən oğurlanan əşyaların dəyərini 88 milyon avro qiymətləndirdiyini bildirərək, bu rəqəmin kifayət qədər yüksək olduğunu, lakin maddi ziyanın eksponatların tarixi dəyəri ilə müqayisə edilə bilməyəcəyini bildirib.
Hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min əsərin nümayiş olunduğu Parisdəki dünyaca məşhur Luvr Muzeyi oktyabrın 19-u səhər saatlarında oğurlanıb.
Oğurluq zamanı Apollon Qalereyası adlandırılan bölmədən 9 əsər oğurlanmış, III Napoleonun həyat yoldaşı İmperot Yevgeniyanın tacının oğrular tərəfindən qaçırılarkən yerə düşdüyü güman edilib. Belə ki, o, daha sonra muzeyin qarşısında zədələnmiş halda tapılıb. Dörd oğrunun 8 ədəd tarixi zinət əşyası ilə qaçdığı soyğunçuluq 7 dəqiqə davam edib.
Hesablama Məhkəməsinin ilkin hesabatında muzeyin təhlükəsizlik standartlarına uyğun texniki avadanlıqlarla təmin edilməsində “daimi” və “əhəmiyyətli” gecikmələrin yaşandığı və bu vəziyyətin təhlükəsizliyin yetərsiz olduğunu təsbit edib.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aygül Alıyeva
https://www.cnnturk.com/dunya/galeri/fransayi-sarsan-soygun-louvre-muzesinden-calinan-eserlerin-degeri-belli-oldu-2350261
