Bu gün:

Ukrayna Storm Shadow raketləri ilə Rusiyanın kimya zavodunu vurub



Ukrayna ordusu Böyük Britaniya istehsalı olan uzaqmənzilli Storm Shadow raketləri ilə Rusiyanın Bryansk kimya zavoduna zərbə endirib. Ordunun məlumatına görə, bu “uğurlu hücum” Rusiya hava müdafiəsini dəlib keçib.

Hücumdan sonra Rusiya Ukraynanın bir neçə bölgəsini dron və raketlərlə vurub. Prezident Zelenski bildirib ki, altı nəfər, ikisi  uşaq olmaqla həlak olub. Kiyev və Dnepropetrovsk vilayətlərində elektrik kəsintiləri tətbiq edilib.


Ukrayna ordusu açıqlayıb ki, Bryansk Kimya Zavodu Rusiya hərbi-sənaye kompleksinin vacib hissəsidir və barıt, partlayıcı və raket yanacağı istehsal edir.

Hücum, Böyük Britaniya Baş naziri Kir Starmer və Avropa liderlərinin Rusiyaya təzyiqləri artırmaq barədə birgə bəyanat verdiyi gün baş verib.

Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hücumları nəticəsində paytaxtda bir neçə bina zədələnib, iki nəfər həlak olub.

Mənbə: BBC

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et