Bu gün:

Ukrayna Rusiyanın kimya zavoduna hücum edib


Ukrayna ordusu Rusiyanın Bryansk vilayətindəki kimya zavoduna Britaniya istehsalı Storm Shadow raketləri ilə zərbə endirib. Ordunun məlumatına görə, hücum “uğurlu” olub və Rusiyanın hava müdafiə sistemini yararaq hədəfə dəyib.

Zavodun barıt, partlayıcı maddələr və raket yanacağı istehsal etdiyi, bu məhsulların isə Ukraynaya qarşı istifadə olunduğu bildirilir. Moskva hücumla bağlı açıqlama verməyib.


Bundan sonra Rusiya Ukraynanın bir neçə bölgəsini dron və raketlərlə vurub. Prezident Volodimir Zelenski altı nəfərin, o cümlədən iki uşağın həlak olduğunu açıqlayıb.


Eyni zamanda, Böyük Britaniya və Avropa liderləri Rusiyaya qarşı təzyiqləri artıracaqlarını bəyan ediblər.


Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı işğala başlayıb və hazırda ölkə ərazisinin təxminən 20 faizinə nəzarət edir.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et