Anqe Postekoglu Nottingham Forest-in baş məşqçisi kimi cəmi 39 gün çalışdıqdan sonra şənbə günü Chelsea-yə 3:0 hesabı ilə evdə məğlubiyyət sonrası vəzifəsindən azad edilib.

Forest-in yetirməsi olan Şon Dayç onu City Ground-da əvəz edib.
54 yaşlı mütəxəssis -1980-ci illərin sonlarında City Ground-da futbolçu karyerasına başlayan Dayç 2027-ci ilin yayına qədər qüvvədə olan müqavilə imzalayıb.
O, şənbə günü Chelsea-yə 3:0 hesablı məğlubiyyətdən cəmi 20 dəqiqə sonra postundan uzaqlaşdırılan Anqe Postekoglu-nun yerinə təyin olunub.
Mənbə: SkySports
Tərcümə etdi: Fərid Tapdıqov
