Bu gün:

Tosin gənc Açeamponqu tərifləyib


“Çelsi”nin müdafiəçisi Tosin Adarabiyo komanda yoldaşı, 19 yaşlı Coş Açeamponqun istedadını yüksək qiymətləndirib. O, gənc futbolçunu “Mançester Siti”də bir vaxtlar çox şey öyrəndiyi Vinsent Kompaniyə bənzədib.

Tosinin sözlərinə görə, Açeampongun topa nəzarət və oyuna inam bacarıqları seçilir: “Coşun top idarəetməsi və özünə güvəni bənzərsizdir. Bu tempdə davam etsə, ‘Çelsi’ üçün böyük oyunçuya çevriləcək",– deyə o bildirib.

Müdafiəçi, həmçinin “Nottingem Forest”lə oyunda ehtiyatda qalsa da, komanda yoldaşlarını kənardan ruhlandırdığını və liderlik rolunu həm meydanda, həm də kənarda davam etdirdiyini vurğulayıb.

Mənbə: BBC

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş
Şərh əlavə et