"Real Madrid"in qapıçısı Thibaut Courtois La Liqa və onun prezidenti Javier Tebasa qarşı sərt tənqidlər səsləndirib. O, ''Barcelona''nın dekabrın 20-də "Villareal"a qarşı səfər oyununun Mayamidə keçirilməsi qərarını “yarışın mahiyyətini pozur” sözləri ilə qiymətləndirib.
Sözügedən oyun ABŞ-nin Hard Rock Stadionunda baş tutmalıdır və bu, La Liqa tarixində İspaniyadan kənarda keçiriləcək ilk rəsmi oyun, eləcə də Avropa liqaları arasında ilk beynəlxalq qarşılaşma olacaq.
Avropanın futbol qurumu UEFA planı istəksiz şəkildə təsdiqləsə də, "Real Madrid" və digər La Liqa klublarının futbolçuları bu qərara etiraz ediblər. Ən kəskin etirazlardan birini məhz Courtois bildirib.
Çempionlar Liqasında "Juventus"la qarşılaşma ərəfəsində keçirilən mətbuat konfransında Courtois bildirib ki, La Liqa bu qərarı klub və futbolçularla məsləhətləşmədən verib. O, belə addımın ev-səfər formatına əsaslanan liqa prinsiplərinə zidd olduğunu və ədalətli rəqabəti pozduğunu deyib.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
