Bu gün:

Misirin neft şirkəti Əlcəzairdə 1 milyard dollarlıq layihə həyata keçirəcək


Misirin “Petrojet” şirkəti Əlcəzairdə yerləşən “Hasi biir rakayiz” yatağının ikinci mərhələsinin inkişaf layihəsi üzrə baş podratçı müqaviləsi çərçivəsində 1,087 milyard dollar məbləğində layihə həyata keçirəcək.


24media.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, bunu Misirin neft naziri Kərim Bədəvi yerli mətbuata açıqlaması zamanı bildirib.


Nazir qeyd edib ki, nazirlik hazırda altıncı strateji istiqamət üzərində işləyir: “Bu istiqamət sektor şirkətlərinin potensialından istifadə edərək Misir xaricində, xüsusilə ərəb və Afrika ölkələrində iri layihələrin icrasına rəvac verən regional əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib”.


Layihə çərçivəsində gündə 31 min 500 barel istehsal gücündə emal zavodunun və onunla əlaqəli infrastrukturun, habelə 217 kilometr uzunluğunda boru kəmərlərinin inşası nəzərdə tutulur.

Turqut Ansari

Paylaş
Şərh əlavə et