Bu gün:

Hitlerin memarı ölüm cəzasından necə xilas olub?


Albert Speer 1946-cı ilin oktyabrında Nürnberq müharibə cinayətləri tribunalında nasistlərin vəhşiliklərindən uzaqlaşıb və həbsdən çıxandan sonra ictimai imicini diqqətlə bərpa edib.

1946-cı il 16 oktyabrda Nürnberqdə keçirilmiş ilk beynəlxalq müharibə cinayətləri məhkəməsində 10 nasist rəsminin edamı həyata keçirilib. Onlar II Dünya Müharibəsi zamanı törədilən və o vaxt yeni anlayış olan soyqırım da daxil olmaqla dəhşətli cinayətlərdə ittiham ediliblər.

Onlardan biri Hitlerin şəxsi memarı və daha sonra silah istehsalı naziri olmüş Albert Şpeer olub. O, Nürnberqdə “əmrləri yerinə yetirirdim” demək əvəzinə, məsuliyyəti kollektiv şəkildə qəbul edərək özünü Hitlərdən uzaq tutmağa çalışıb. Bu strategiya sayəsində o, 20 il həbs cəzası ilə canını qurtarıb və azadlığa çıxandan sonra “yaxşı nasist” kimi tanınıb.

Şpeer gənc yaşlarında nasist partiyasına qoşularaq Hitlerin etibarını qazanıb. Şpeer Hitlerin memar olmaqla bağlı arzularını arzularını gerçəkləşdirib. O, nəhəng memarlıq layihələri, o cümlədən Nurnberqdə “İşıq Katedrali” adlı təbliğat səhnələri ilə məşhurlaşıb.

1942-ci ildən Şpeer nasist hərbi sənayesinin başında durarkən milyonlarla qul əməyindən istifadə edib. Onların çoxu ağır şəraitdə ölüb. Nürnberq məhkəməsində isə o, bu cinayətləri inkar edib və günahı başqalarının üzərinə atıb.

Şpeer iddia edib ki, Holokostdan xəbərsiz olub, lakin sonradan tarixçilər onun 1943-cü ildə Himmlerin “yəhudi xalqının məhvindən” danışdığı toplantı barədə məlumatlı olduğunu ortaya çıxarıblar.

O, ölümünə qədər özünü peşman və aldanmış kimi təqdim edib. 1981-ci ildə Londonda müsahibə verdiyi gün insult keçirərək ölüb. Ölümündən sonra onun gizli sevgilisinin olması da üzə çıxdı bu, onun ikiüzlü təbiətinin bir simvolu idi.

Bu gün Şpeerin tikililəri demək olar ki, qalmayıb. Nurnberqdəki qalıqlar nasist ideologiyasının dağıdıcı nəticələrini göstərən bir xəbərdarlıq kimi saxlanılır. Amma Şpeer özü heç vaxt nasist rejiminin cinayətlərindəki tam məsuliyyətini etiraf etməyib.

Mənbə: BBC

Tərcümə etdi: Nərmin Məmmədzad.

Paylaş
Şərh əlavə et