Bu gün:

Avropada Rusiya ilə əlaqəli iki neft zavodunda yanğın və partlayış olub


Avropada Rusiya ilə əlaqəli iki neft emalı zavodunda partlayış və şiddətli yanğın baş verib.



 24media.az "APA"ya istinadən xəbər verir ki, hadisələr Macarıstan və Rumıniyada yerləşən neft emalı zavodlarında qeydə alınıb.


Macarıstanın “Magyar Nemzet” nəşrinin məlumatına əsasən, Şazxalombatta şəhərində yerləşən və ölkənin ən böyük neft emalı müəssisəsi olan MOL zavodunda güclü yanğın baş verib. Bu zavod eyni zamanda Rusiya mənşəli xam neftlə fəaliyyət göstərir. Yanğının səbəbi və iqtisadi itkilərin miqyası barədə hələlik rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Turqut Ansari

Paylaş
Şərh əlavə et