Son illərdə süni intellekt əsaslı psixoloji dəstək proqramlarının sayı artır. Bu tətbiqlər anonimlik, 24 saat əlçatanlıq və aşağı xərc kimi üstünlüklər təklif etsə də, onların insanla qurulan terapevtik bağın yerini tuta bilməyəcəyi vurğulanır.

Etlik Şəhər Xəstəxanasının psixiatrı Dr. Tayfun Öz bildirir ki, terapiya sadəcə texniki üsullar toplusu deyil, iki insan arasında formalaşan sağaldıcı münasibətdir. Onun sözlərinə görə, süni intellekt duyğu izləmə və psixo-təhsil sahələrində faydalı olsa da, empati, etik məsuliyyət və insana xas mənalandırma kimi dərinliklərdən uzaqdır. Mütəxəssis hesab edir ki, rəqəmsal tətbiqlər psixoloji dəstəyə giriş üçün faydalı vasitə ola bilər, lakin davamlı sağalma yalnız insan əlaqəsi ilə mümkündür. Dr. Öz qeyd edir: “Süni intellekt yaxşı köməkçidir, amma terapiyaya yön verən hələ də insandır".
Mənbə: TRT HABER
Tərcümə etdi: Fidan Mənsimova
