Bəzi insanlar qalın corab geyinsələr belə, ayaqlarını kifayət qədər isidə bilmirlər. Bunun elmi izahı isə olduqca maraqlıdır.
Bəzi insanlar qalın corab geyinsələr belə, ayaqlarını kifayət qədər isidə bilmirlər. Bunun elmi izahı isə olduqca maraqlıdır.
Əslində bu hal istilik itkisi və qan dövranının necə işləməsi ilə daha çox əlaqəlidir. Qan dövranı zəif olduqda orqanizm əvvəlcə daxili orqanların istiliyini qorumağa üstünlük verir. Əllər və ayaqlar isə son sırada qalır. Buna görə də ürək-damar sistemi zəif olan və ya aşağı təzyiq problemi yaşayan insanlarda ayaqlar daim soyuq olur.
Sadəcə qan dövranı deyil, corabın materialı da mühüm rol oynayır. Məsələn, pambıq material tər çəkir, lakin onu xaricə atmır; bu zaman ayaq nəm qalır və nəm istiliyi özünə çəkir. Yun, bambuk və ya termal qarışıqlı materiallar isə həm hava alır, həm də istiliyi qoruyur. Bundan başqa döşəmənin soyuqluğu, maddələr mübadiləsinin sürəti, ayaqqabı və corabın çox bərk olması da ayaqlarda qan axınının qarşısını alaraq isinməyə mane olur. Çünki bəzi insanların əlləri və ayaqları doğuşdan soyuq olur. Bunun səbəbi onların periferik damarlarının daha dar olması və ya damarların soyuğa qarşı daha tez yığılmasıdır. Bu, genetik olaraq müəyyənləşmiş damarsal bir reaksiyadır.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
