Dünyanın aparıcı biatlonçuları Münhendə keçirilən Loop One festivalında xizəklərini konkilərlə dəyişərək istiləşən iqlimin qış idmanlarına təsirinə diqqət çəkiblər.

Skandinaviya mənşəli biatlon - xizək sürmə və hədəf atıcılığının birləşməsi qarın azalması səbəbindən təhlükə altındadır. Münhen Olimpiya Parkında yaşıl ot üzərində keçirilən tədbirdə 18 min tamaşaçı iştirak edib.
Fransız biatlonçular Lou Jeanmonnot və Erik Perrot konki yarışlarının qaçılmaz olduğunu desələr də, qar üzərindəki biatlonun əvəzolunmaz olduğunu bildiriblər.
Fransa biatlon rəhbəri Stephane Bouthiaux isə ümid edir ki, idman tamamilə konkiyə keçməyəcək.
Mənbə: France 24
Tərcümə etdi: Nazim Xeyrxəbərli
