Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına istinadən, 24media.az xəbər verir ki, 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi ilə bağlı hazırlıq işləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-yə səfəri zamanı Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun 2025-ci il üzrə İllik Toplantısı çərçivəsində İslam İnkişaf Bankına üzv ölkələr üzrə Müdirlərin görüşündə və onların şərəfinə təşkil olunan naharda iştirak edib.
Tədbir çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və üzv dövlətlərin təmsilçiləri ilə dayanıqlı və inklüziv inkişaf prioritetləri üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələrdə Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ilə bağlı hazırlıq işləri və ümumi inkişaf məqsədləri üçün islam maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Asiya Zeynallı
