Kylian Mbappe La Liqada möhtəşəm qol seriyasını davam etdirib. O, ardıcıl 9-cu oyunda 10-cu qolunu vuraraq "Real Madrid"in "Getafe" üzərində 1:0 hesablı qələbəsini təmin edib və komandasını yenidən turnir cədvəlinin zirvəsinə yüksəldib.

"Real Madrid" uzun müddət "Getafe" müdafiəsini yarmaqda çətinlik çəkib. Lakin 77-ci dəqiqədə əvəzlənib oyuna daxil olan Allan Nyom cəmi bir dəqiqə sonra qırmızı vərəqə ilə meydandan qovulub və Mbappe 3 dəqiqə sonra qələbə qolunu vurub. Oyun bitməzdən əvvəl "Getafe"dən Aleks Sankris də ikinci sarı vərəqə ilə meydanı tərk edib.
"Real Madrid'' 24 xalla turnir cədvəlinin lideridir, "Barcelona" isə 2 xal geridədir. Bu iki komanda qarşıdakı bazar günü “El Clásico”da üz-üzə gələcək. "Getafe" isə 11 xalla 12-ci pillədə qərarlaşıb.
"Real Madrid"in baş məşqçisi Xabi Alonso: “Mbappe-dən çox razıyıq. Qollar oyun qazandırır, amma insanların '"Real" yalnız Mbappe-yə bağlıdır' deməsini sevmirəm. Bu nəticələrin arxasında çox zəhmət var,” – deyə bildirib.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
