Fənərbaxçanın braziliyalı futbolçusu Anderson Talisca Antalyadan sonra dünən də ağ nöqtədən səhv etməyib.

Mövsümün əvvəlində istifadə etdiyi ilk iki penaltını qaçıran Anderson Talisca Antalyaspor matçından sonra dünən də Karagümrük qarşısında səhv etməyib. Bu mövsüm Super Liqada dördüncü penaltı zərbəsini vuran braziliyalı futbolçu ilk ikisində Göztepenin qapıçısı Lis və Alanyasporun qapıçısı Ertuğrulu keçə bilməyib. Hər iki penaltı zərbəsini də qapıçıların soluna vuran və “penaltıları həmişə eyni şəkildə vurur, qapıçılar da bunu bilir”,- deyə tənqid olunan Talisca Antalyaspor matçında olduğu kimi dünən də ağ nöqtədən topu qapıçının sağına doğru vurub. Qapıçı Grbiç sola atılınca top əks küncdən tora daxil olub.
Bu mövsüm dördüncü penaltı zərbəsində ikinci qol sevincini yaşayan Anderson Talisca sarı-göy formalı komandada ötən mövsüm 4 penaltının hamısını qola çevirməyi bacarıb. Sambacı futbolçu karyerası ərzində 23 penaltı zərbəsi endirib, onlardan 19-da qol sevinci yaşayıb, 4-də isə penaltını qaçırıb.
https://www.hurriyet.com.tr/sporarena/talisca-koseyi-degistirince-penaltilari-atmaya-basladi-42989388
Mənbə: Hürriyyet
Tərcümə etdi: Banuçiçək Qurbanova
