Bu ilin ilk doqquz ayında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 970,6 milyon ABŞ dolları təşkil edib.
24media.az "APA"-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin ilin eyni dövrünə nisbətdə dəyərdə 1,43% artım qeydə alınıb.
Yanvar-sentyabrda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,2% payla qonşu ölkənin ticarət tərəfdaşları sırasında Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra VI yerdə qərarlaşıb.
Gürcüstandan Azərbaycana 529,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 2,6% azdır. Azərbaycan Gürcüstanın ixracında 10,3% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra IV yerdə yer tutub.
Gürcüstanın Azərbaycandan idxalının həcmi isə ötən ilin eyni dövü ilə müqayisədə 6,4% artaraq 440,7 milyon ABŞ dollarına yüksəlib. Azərbaycan 3,3% payla qonşu ölkənin idxalında ABŞ, Türkiyə, Çin, Rusiya, Almaniya və Böyük Britaniyadan sonra VII əsas idxal tərəfdaşı olub.
Turqut Ansari
