Bu gün:

Qızıl və gümüş qiymətlərində artım


Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.


24media.az "APA"-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,37% artaraq 4 271,2 ABŞ dollarına bərabər olub.


COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,63% artaraq 50,923 ABŞ dolları olub.


Turqut Ansari

Paylaş
Şərh əlavə et