Oktyabr 10-12-də Qubada yerləşən “The National Azerbaijan Golf Club”da ilk beynəlxalq həvəskar qolf turniri - TURAN CUP 2025 keçirilib.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir “Golf Alliance Azerbaijan” tərəfindən “Bakcell” və “Quba Palace Hotel 5★”ın dəstəyi ilə təşkil olunub.
Azərbaycan qolf tarixində ilk dəfə olaraq Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə və digər ölkələrdən 70-dən çox oyunçu eyni meydançada bir araya gəlib. Turnir həm təcrübəli, həm də gənc qolfçuların iştirakı ilə regionda qolfun inkişafına yeni nəfəs gətirib.
Qolf sadəcə oyun deyil - bu, dostluğun, əməkdaşlığın və yeni imkanların məkanıdır.
TURAN CUP 2025 türk dövlətləri arasında mədəni və idman əlaqələrinin möhkəmlənməsinə, eləcə də Azərbaycanın turizm potensialının tanıdılmasına töhfə verib.
Tədbir diplomatik korpusun və dövlət nümayəndələrinin iştirakı ilə keçirilib. Onların arasında Qırğızıstan, Özbəkistan, Tacikistan səfirləri və Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət Komitəsi sədrinin müavini yer alıb.
Turqut Ansari
