İstanbul Lütfi Kırdar Konqres Mərkəzində keçirilən “Beşiktaş” Klubunun Adi İdarə Heyəti seçkilərində Əhməd Ürkməzgil 683 səslə İdarə Heyətinin sədri seçilib.
Konqres Şurasının sədri Əli Rıza Dizdar səsvermənin nəticələrini belə elan edib:
Affan Keçəci – 486 səs;
Əhməd Ağpınar – 147 səs;
Əhməd Ürkməzgil – 683 səs;
Engin Baltacı – 357 səs;
M. Əmir Tamer – 155 səs.
Təşəkkür nitqində Ürkməzgil deyib:
“Çox gözəl bir konqres oldu. Hər kəsə təşəkkür edirəm. Sonda ‘Beşiktaş’ qalib gəldi. Klubumuzu birləşdirərək böyük nailiyyətlər qazanacağıq".
Mənbə: Beşiktaş TV
Tərcümə etdi: Nazim Xeyrxəbərli
