İngiltərə bazar günü İndorda Hindistana qarşı keçirilən gərgin oyunda son overdə soyuqqanlılığını qoruyaraq dörd qaçış fərqi ilə qalib gəlib və Qadınlar Kriket üzrə Dünya Kubokunun yarımfinal mərhələsinə yüksəlib. Kapitan Heather Knight öz 300-cü beynəlxalq oyununda vurduğu üçüncü ODI (birgünlük) əsri ilə komandasının həlledici qələbəsinə əsas yaradıb.

Hindistan son 18 topda 27 qaçışa ehtiyac duyurdu, lakin İngiltərənin son illərdəki “təzyiq altında dağılma” reputasiyasına baxmayaraq, Linsey Smith 48-ci overdə cəmi dörd qaçış buraxıb, ardınca son overdə 14 qaçışı müdafiə edərək komandasına dramatik qələbə qazandırıb.
Smith daha əvvəl Hindistanın vitse-kapitanı Smriti Mandhananın vacib qapısını ələ keçirib. Mandhana 94 topda 88 qaçışla Hindistanı qələbəyə yaxınlaşdırırdı, lakin yüksək rütubətin yaratdığı qıcolmalar səbəbindən səhv vuruş edərək topu uzun-off sahəsindəki oyunçuya tutdurdu. Hələ 55 qaçış lazım olur və Hindistanın altı qapısı qalırdı – vəziyyət hələ də onların xeyrinə olurdu.
Lakin Hindistanın təcrübəli all-rounderi Deepti Şarma sərhəd zərbələri ilə ümidləri qoruyurdu və 46-cı overdə yarım əsrini tamamlayıb. Amma növbəti topda Richa Ghosh Heather Knight-a kaverdə tutdurub, daha sonra Deepti özü Sophia Dunkley tərəfindən dərin midwicketdə tutulub. Bu, Amanjot Kaur və Sneh Rana üçün çox ağır vəziyyət yaradıb.
Turnirin ev sahibi olan Hindistan indi yarımfinala yüksəlmək üçün Yeni Zelandiya ilə rəqabət aparır. Komanda cümə axşamı Yeni Zelandiyanı məğlub etməli və son matçda Banqladeşə qarşı uduzmamalıdır.
“Baş verənlərə hələ də inana bilmirəm” , – deyə Linsey Smith Sky Sports-a açıqlamasında bildirib. “Axırda göstərdiyimiz döyüş ruhu heyrətamiz idi. Mən sadəcə işimi sadə saxlamağa çalışdım. Bütün həftə ölüm overləri planımı məşq edirdim və bu gün onu uğurla tətbiq etdim".
Yarımfinal uğrunda mübarizə aparan hər iki komanda üçün bu qarşılaşma turnirin ən həlledici oyunu olub. İndordakı dolu tribunalar gərgin və dramatik bir matça şahidlik ediblər – lakin nəticə ev sahiblərinin ürəyincə olmayıb.
İngiltərə kapitanı Heather Knight-ın əsri komandasına 288 qaçışlıq hesab qurmağa imkan verib. “Böyük matçda özümü göstərmək istəyirdim və bunu bacardığıma görə çox xoşbəxtəm” , – deyə Knight Sky Sports-a bildirib.
Bu, Hindistan üçün rekord səviyyədə run-təqib tələb edən hədəf olub. Lakin Knight 45-ci overdə Amanjot Kaur tərəfindən dərin kvadrat sahəsində run-out olduqdan sonra İngiltərə 31 qaçışa beş qapı itirib və 300+ hesabla başa çatmalı olan innings gözlənilmədən çökməyə başlayıb.
Komandanın baş məşqçisi Şarlotta Edvards əvvəlki zəif çıxışlara baxmayaraq eyni heyətə güvənməyə davam edib. Deepti Şarma isə topda parlaq oyun nümayiş etdirərək 4/51 nəticə ilə həm Alice Capsey, həm də Emma Lamb-i ardıcıl overlərlə meydandan uzaqlaşdırıb. Capsey-in çıxışı Deepti-nin çevik qərarı sayəsində baş verib — o, rəqibin əvvəlcədən planlaşdırdığı tərs vuruşu sezərək xətti dəyişdi və top koverdə tutulub.
Hindistanın “swing” ustası Renuka Singh Thakur İngiltərənin erkən mərhələdə top hərəkəti ilə bağlı zəifliyinə görə heyətə qaytarılıb, lakin beş overlük möhtəşəm çıxışına baxmayaraq, qapı ələ keçirə bilməyib. Əvəzində, Deepti ilk overində Tammy Beaumont-u ayaqlarının arxasından vuraraq 73 qaçışlıq açılış tərəfdaşlığını pozub.
Lakin topda İngiltərəyə çətin anlar yaşadan Deepti batda eyni uğuru təkrarlaya bilməyib. “Çox xoşbəxtik” , – dedi Nat Sciver-Brunt. “Son oyunlarda bu qədər sıx vəziyyətlə üzləşməmişdik. Hər kəs sakit qaldı və nə etmək istədiyini dəqiq bilirdi”.
Digər tərəfdən, Hindistan kapitanı Harmanprit Kaur özünün run-a-ball 70 qaçışlıq çıxışına baxmayaraq, növbəti oyunlar üçün təzyiq altında qalacaq. Hindistan yenə də DRS sistemindən səmərəli istifadə edə bilməyib: İngiltərə inningsində iki uğursuz baxış komandanın ümumi səhv sayını səkkizə çatdırıb. Bu, İngiltərəyə qarşı oyunun nəticəsini dəyişməsə də, yarımfinal şanslarını təhlükə altına qoya bilər.
Mənbə: Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
