Bu gün:

Co Burgess son iki ayda 80 işə müraciət etsə də, uğur qazana bilməyib


Bəzi gənclərin iş axtararkən qarşılaşdıqları reallıq Suffolkda yaşayan bir gəncin iki ay ərzində 80 işə müraciət edib, amma uğur qazana bilməməsi hadisəsi ilə bir daha gündəmə gəlib. 

Co Burgress məktəbi bitirdikdən sonra iki il yarım işlədiyi gəmiçilik şirkətində ixtisara düşüb. Daha sonra başqa bir şirkətə keçsə də, orada da altı aydan sonra işini itirib. Burgess artıq üç aydır işsizdir. “Sadəcə davam etməli, özümü motivasiyalı saxlamalıyam,” – deyə o bildirib.

Bununla belə Co Burgess kimi gənclərin təcrübəsi göstərir ki, praktiki səviyyədə vəziyyət hələ də gərgindir. Gənclər çox sayda müraciət etmələrinə baxmayaraq, ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkirlər.

Mütəxəssislərin fikrincə, bu problemlərin aradan qaldırılması üçün təkcə dövlət proqramları deyil, həm də şirkətlərin gənclərə təcrübə, təlim və çevik iş imkanları təqdim etməsi vacibdir. Hökumət isə avqust ayında minlərlə gəncin təlim və iş imkanlarına cəlb edilməsi üçün yeni proqram başladığını açıqlayıb. Rəsmilərin sözlərinə görə, gənclər arasında işsizlik son on ildə 13,6% artıb.

Mənbə: BBC

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et