Bu gün:

Dramatik derbidə son söz Münhenin olub!


Almaniya Bundesliqasının 7-ci turunda futbolsevərləri həyəcan dolu derbi gözləyirdi. “Bavariya” səfərdə Dortmund “Borussiya”sını 2:1 hesabı ilə məğlub edərək liqada ardıcıl 7-ci qələbəsini qazanıb.

Qarşılaşmanın 22-ci dəqiqəsində Harri Keyn hesabı açıb, 78-ci dəqiqədə Maykl Olise fərqi artırıb. Dortmund klubunun təsəlli qolunu isə 84-cü dəqiqədə Julian Brandt vurub.

İngiltərəli hücumçu Harri Keyn bu mövsümdə 12-ci qoluna imza ataraq bombardirlər siyahısında zirvədəki yerini möhkəmləndirib.

Bu qələbə ilə “Bavariya” 21 xalla liderliyini davam etdirir. Növbəti turda Münhen təmsilçisi Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşacaq, Dortmund “Borussiya”sı isə doğma meydanda “Köln”ü qəbul edəcək.

https://www.haberler.com/spor/alman-derbisinde-3-gol-kazanan-bayern-munih-19162685-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et