Bu gün:

Flick "Barcelona"nın "Girona"nı məğlubetmə təkidini tərifləyib


''Barcelona" baş məşqçisi Hansi Flick şənbə günü La Liqada "Girona" üzərində 2:1 hesablı dramatik qələbədə Ronald Araujo-nun 93-cü dəqiqədə vurduğu qalib qolunu tribunalardan izləyib və böyük sevinclə qeyd edib. 

Flick referi ilə mübahisə etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Alman məşqçi bu səbəbdən gələn bazar günü "Real Madrid"ə qarşı keçiriləcək El Clasico-nu buraxacaq. Buna baxmayaraq, komandası ilə fəxr etdiyini bildirib:  

"Fantastik oyun oldu. Üç xalı necə qazandığımız gələcək üçün çox önəmlidir. Bu bizə inam verir və komanda üçün çox sevincliyəm," deyə ötən mövsüm "Barcelona"ya çempionluq qazandıran Flick bildirib.  

"Çoxlu qol şansı yaratdıq, amma dürüst olsaq, "Girona" da ilk hissədə kifayət qədər imkanlar əldə etdi. Qarşıdakı oyunlar bizim üçün çox vacibdir".

Əvəzləmədən 82-ci dəqiqədə oyuna daxil olan müdafiəçi Araujo əlavə vaxtda qalib qolunu vuraraq qəhrəmana çevrilib. Flick onun peşəkarlığını yüksək qiymətləndirib:  

"Araujo üçün çox sevinirəm. Onun komandaya və kluba verdiyi töhfə danılmazdır. Bu mövqedə oynaya biləcəyini ondan soruşdum və o bəli dedi''.

Qırmızı vərəqə alsa da, Flick qalib qoldan sonra hisslərini saxlaya bilməyib: "Qələbə sevinci idi, heç kimə qarşı yönəlməmişdi. Sadəcə çox xoşbəxt idim. Heç vaxt kiməsə qarşı hərəkət etmərəm. Hakimin qərarını qəbul edirəm," – deyə Flick əlavə edib.

Mənbə: Reuters

Tərcümə etdi: Mələk Nəsirli 

Paylaş