Bu gün:

Vedat Muriqi mövsümə fırtına kimi başlayıb!


La Liqanın 9-cu turunda “Malyorka” səfərdə “Sevilya”nı 3:1 hesabı ilə məğlub edərək böyük sensasiya yaradıb. Kosovalı hücumçu Vedat Muriqi 67-ci dəqiqədə komandasını önə çıxaran qolu vuraraq, səfər qələbəsinin əsas simasına çevrilib.

Daha sonra Mateo Cozef 72 və 77-ci dəqiqələrdə fərqlənərək “Malyorka”nın qələbəsini tamamlayıb. “Sevilya”nın yeganə qolunu isə 16-cı dəqiqədə Ruben Varqas vurub.

Uzun illər Türkiyədə çıxış edən Muriqi, bu mövsüm La Liqada 8 oyunda 5-ci qolunu vuraraq mövsümə əla start verib və diqqət mərkəzinə düşüb.

https://www.haberler.com/spor/vedat-muriqi-sevilla-yi-yikti-19162000-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et