NBA saytının aparıcı yazarları yeni mövsüm üçün Qərb Konfransındakı komanda sıralamasını proqnozlaşdırıblar. Dörd mütəxəssisin fikrincə, Oklahoma City Thunder yenə bölgənin əsas sevimlisidir.
Stiv Aşbörner, Con Şuman, Şon Pauell və Brayan Martin hamısı Thunder-i lider, Denver Naggets və Hyuston Rokets-i isə əsas izləyicilər kimi göstəriblər. Minnesota Timbervulvs və Los-Anceles Klippers də ilk beşlikdə yer alıb.
Ekspertlər Qərb Konfransında rəqabətin rekord səviyyədə olacağını, Viktor Vembanyama və Kuper Flagg kimi gənc ulduzların isə sıralamaya ciddi təsir göstərə biləcəyini vurğulayıblar.
Yekun olaraq, Oklahama Siti favorit, Denver və Hyuston əsas rəqiblər, Minnesota və Klippers iddialı komandalar sayılır. Qərbdə yeni mövsüm son illərin ən gərgin mübarizəsinə çevriləcək.
Mənbə: NBA
Tərcümə etdi: Fərid Tapdıqov
