Bu gün:

"Barcelona" Spotify ilə sponsorluğunu genişləndirib


"Barcelona" klubu verdiyi açıqlamada Spotify ilə sponsorluq müqaviləsinin 2030-cu ilə qədər uzadıldığını elan edib. Audio axın nəhəngi həm kişilərdən, həm də qadınlardan ibarət əsas komandaların forma və məşq geyimlərində yer almağa davam edəcək.

Bu əməkdaşlıq üç il əvvəl başlayıb və yeni razılaşmaya əsasən, Spotify “Camp Nou” stadionunun ad hüquqlarını 2034-cü ilə qədər saxlayacaq. Hazırda stadionda genişmiqyaslı yenidənqurma işləri aparılır.

“Barcelona”nın bəyanatında deyilir:  

" "Barcelona" və Spotify — hər ikisi yüz milyonlarla azarkeşi olan qlobal brendlərdir. Bu tərəfdaşlıq hər iki markaya strateji bazarlarda mövqelərini gücləndirmək, yeni auditoriyalarla əlaqə yaratmaq və beynəlxalq səviyyədə birgə sinerji qurmaq imkanı verir".

"Spotify "Camp Nou" stadionunun yenidən açılması və yeni, istedadlı gənc nəsil futbolçularla birlikdə, "FC Barcelona'' və Spotify klubu və onun qlobal icması üçün yeni və ümidverici bir dövr qurmaq məqsədilə gələcəyə birlikdə baxır".

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli


Paylaş