Bu gün:

İsrail Qəzzadan qaytarılan son cəsədin girov olduğunu təstiqləyib


İsrail ordusunun bildirdiyinə görə, Eliyahu Marqalit oktyabrın 7-də öldürülüb.

İsrail hərbçiləri Qəzzada Qırmızı Xaç Cəmiyyətinə təhvil verilən və İsrailə qaytarılan son qalıqların ölü girovlara aid olduğunu təsdiqləyib.

İsrail Müdafiə Qüvvələri geri qaytarılan girovun oktyabrın 7-də öldürülən və cəsədi Nir Oz kibbutzdan Qəzzaya  aparılan 75 yaşlı Eliyahu  Marqalit olduğunu bildirib.

15 fələstinlinin cəsədi İsrail tərəfindən Qırmızı Xaç təşkilatı vasitəsi ilə şənbə günü Qəzzada rəsmilərə təhvil verilib, HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi bildirib ki, cəsədlərin ümumi sayı 135-ə çatıb.

Mənbə: BBC News

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et