Bu gün:

İri bədənli modellərin sayı kəskin azalır


Vogue-un son hesabatına görə, “curve” (iri bədənli) modellərin moda nümayişlərində iştirakı ciddi şəkildə azalıb. Ekspertlər bunu arıqlama dərmanlarının geniş istifadəsi və arıqlığın yenidən “ideal” kimi təqdim olunması ilə əlaqələndirirlər.

Vogue Business-in məlumatına əsasən, bu ayın əvvəlində keçirilən 198 qadın geyim nümayişindəki 9,038 görünüşün 97,1%-i ABŞ ölçüsü 0–4 aralığında olan standart ölçülü modellər tərəfindən təqdim edilib. Cəmi 0,9% iri bədənli (“curve”), 2% isə orta ölçülü modellər olub.

Milan Moda Həftəsində iştirak edən 55 brendin yalnız dördü standart ölçüdən fərqli model podiuma çıxarıb. Vogue Business-in redaktor müavini Elektra Kotsoni vəziyyəti “dəhşətli” adlandıraraq bildirib ki, bu göstərici onların hesabatlar aparmağa başladığı iki yarım il ərzində ən aşağı səviyyədir.

Ekspertlər hesab edirlər ki, moda sənayesi bədən müxtəlifliyini dəstəkləmək əvəzinə, yenidən arıqlığı təbliğ etməyə başlayıb. Bu isə “360 dərəcəlik dönüş” kimi qiymətləndirilir.

Mənbə: The Guardian 

Tərcümə etdi: Şehrin Musayeva 

Paylaş
Şərh əlavə et