Pişik sahibi bildirib ki, onun sevimlisi artıq dörd ildir eyni oyuncağı — yetişdiricinin hədiyyə etdiyi kiçik bir qoyunu əlindən qoymur. Başqa bir çox oyuncaqları olsa da, bu pişik üçün həmin qoyun xüsusi əhəmiyyət daşıyır: köhnəlib, forması dəyişib, amma yenə də ən sevimli oyuncağı olaraq qalır.

Sahibənin sözlərinə görə, pişik hisslərini ifadə etmək üçün məhz bu oyuncağı istifadə edir:
• darıxanda onu qapının ağzına qoyur
• narazı olanda boşqabına salır
• bəzən isə sanki əhvalını bölüşürmüş kimi yatağa atır
Sosial şəbəkədə bu hekayə izləyicilərin də tanış davranışlarla qarşılaşdıqlarını göstərib. Onlardan biri yazıb ki, onun pişiyi “ayıdan şikayət edir” — oyuncağı dişlərinə alıb sanki onunla danışır. Başqa bir izləyici isə qeyd edib ki, pişiyi yeddi ildir bir dovşan oyuncağı ilə “yaşayır”: onunla oynayır, bəzən titrəyir, yanında yatır.
Sahiblərin müşahidələrinə görə, heyvanlar çox vaxt uşaqlar kimi sevimli oyuncaqlarına sevgi ilə toxunur, onlarla ünsiyyət qururlar. Zooloqlar bu davranışı pişiklərin ağıl səviyyəsi ilə əlaqələndirirlər, çünki onların zehni inkişafı təxminən üç yaşlı uşaqla müqayisə oluna bilər. Bu da onlara tanış əşyalar vasitəsilə hisslərini ifadə etməyə imkan verir.
Mənbə: el.kz
Tərcümə etdi: Aysel Mehtizadə
