Bu gün:

Pikford “Everton”da sədaqət və sabitliyin simvoluna çevrilib


“Everton”un 31 yaşlı qapıçısı Cordan Pikford artıq klubdakı doqquzuncu mövsümünü keçirir və yeni müqavilə ilə 2029-cu ilə qədər komandada qalacaq.

O, 2017-ci ildə “Stok” komandasına qarşı debüt etdikdən sonra Premyer Liqada ən çox oynayan və ən çox seyv edən qapıçıya çevrilib.


Son illərdə çətin dövrlər yaşayan və 11 fərqli məşqçi ilə çalışan “Everton” üçün sabitlik rəmzinə çevrilən Cordan Pikford meydanda yüksək performansını qorumaqda davam edir.


Tez-tez çoxsaylı zərbələrlə üzləşən qapıçı bəzən daha çox qol buraxsa da, ötən mövsüm ən çox qolun qarşısını alan qapıçı kimi fərqlənib.


Milli komandada da uğurlu çıxış edən Pikford 2025-ci ildə hələ heç qol buraxmayıb və əfsanəvi Qordon Benksin ardıcıl quru oyun rekordunu qırıb.


Hazırda “Everton” Premyer Liqada 8-ci yeri tutur və illər sonra ilk dəfə Avropa yarışlarına vəsiqə qazanmağı hədəfləyir. Pikfordun məqsədi isə təkcə parlaq çıxış etmək deyil — klub üçün qalıcı bir irs yaratmaqdır. Bu, onun uzun illərdir “Everton”a göstərdiyi sədaqətin ən dəyərli nəticəsi ola bilər.


Mənbə: BBC

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş
Şərh əlavə et